İqtisadiyyat
Pleyeri seçin:
Komitə sədrindən vacib açıqlama
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həyata keçirilir.
Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Komitə sədri bildirib ki, bu ilin sonunda proqram çərçivəsində ümumilikdə 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması nəzərdə tutulur.
“Bunlardan 9-u şəhər, 91-i isə əsasən qəsəbə və kəndləri əhatə edir. Bu proses bu gün sürətlə davam edir. Artıq işlərin əksəriyyətinin planlaşdırılması işləri başa çatıb. Çox güman ki, 2024-cü ilin sonuna planlaşdırma işləri tam yekunlaşacaq”, – deyə A.Quliyev vurğulayıb.
Kopyalandı
Seçilmişlər