Mikayıl Cabbarov və Sultan Əhməd Əl-Cabir vacib sazişlər imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında üç bərpaolunan enerji layihəsi üzrə Səhmdarlar Sazişləri imzalanıb.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir iştirak ediblər.
Sazişlər Azərbaycanda bir külək və iki günəş elektrik stansiyaları layihələrini əhatə edir. Sənəd Azərbaycanın 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəfinə nail olunmasında önəmli rol oynacaq.
Qeyd edək ki, yeni təməli qoyulan külək və günəş elektrik stansiyaları layihələri ölkəmizin yaşıl gündəliyinin məqsədlərinə uyğun olmaqla davamlı inkişafın təmin olunmasına töhfə verəcək.
#Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi teqi istifadə olunub
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- İnvestisiya imkanları və regional bağlantı rolu müzakirə olunub
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu hansı nəticələrlə diqqət çəkir? - Baku TV
- II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda hansı məsələlər diqqət mərkəzindədir? - Baku TV
