Pleyeri seçin:

“Moody’s” SOCAR-ın reytinqləri ilə bağlı növbəti qiymətləndirməni açıqladı - Baku TV

20 iyul 2026 328 baxış

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqləri ilə bağlı növbəti planlı qiymətləndirməni başa çatdırıb.

Qiymətləndirmə reytinq komitəsinin iclası çərçivəsində həyata keçirilib.

İclasda tətbiq olunan baza metodologiyası və aktual hadisələr nəzərə alınmaqla reytinqlərin əsaslandırılması yenidən qiymətləndirilib.

"Bu məlumat kredit reytinqi ilə bağlı yeni qərarın qəbul edildiyini bildirmir və yaxın gələcəkdə belə bir qərarın qəbul ediləcəyinə işarə etmir", – "Moody's" bəyan edib.

Məlumata görə, SOCAR-ın reytinqləri, o cümlədən uzunmüddətli "Baa3" emitent reytinqi və sabit proqnozu dəyişdirilməyib. "Moody's"in Dövlətlə Əlaqəli Emitentlər metodologiyasına əsasən, SOCAR-ın reytinqi şirkətin "ba2" səviyyəsində Əsas Kredit Qiymətləndirməsi (Baseline Credit Assessment – BCA), şirkətin 100 % sahibi olan Azərbaycan hökumətinin "Baa3" xarici valyutada kredit reytinqi, SOCAR ilə hökumət arasında çox yüksək defolt asılılığı, maliyyə çətinliyi yaranacağı halda dövlət tərəfindən dəstək göstərilməsi ehtimalının yüksək olması kimi amilləri əks etdirir.

SOCAR-ın "ba2" səviyyəli BCA qiymətləndirməsi Azərbaycanın neft və qaz sektorunda əsas rol oynaması və milli iqtisadiyyat üçün böyük əhəmiyyət daşıması, güclü maliyyə göstəricilərinə malik olması, möhkəm kredit göstəriciləri, böyük maliyyə ehtiyatları toplamış Azərbaycan hökuməti ilə sıx əlaqələrə malik olması və ehtiyac yarandıqda hökumətin şirkətə maliyyə dəstəyi göstərmək imkanının olması kimi müsbət amillərə əsaslanır.

Banner
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 328 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 328 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 328 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 328 baxış
Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 328 baxış
SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 328 baxış
"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

İqtisadiyyat
23 oktyabr 2026 328 baxış
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 328 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 328 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 328 baxış
Seçilmişlər
icon