Pleyeri seçin:
Nazirlər Kabinetindən SOCAR-la bağlı qərar | Dəyişikliklər açıqlandı
Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”, eyni zamanda “Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” ilə bağlı qərarlarında dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, SOCAR-ın 2025-ci il yanvarın 1-dən iyunun 1-dək idxal etdiyi “Aİ-92” benzini və dizel yanacağı üçün müvafiq olaraq 83 min ton və 18 min ton yuxarı hədd müəyyən edilib.
Bundan başqa, mühərrik və aviasiya benzinləri istisna olmaqla bütün benzin növlərinin, eləcə də digər qazoyllar, o cümlədən dizel yanacağının ölkəyə idxalı üçün aksiz dərəcəsi iyunun 1-nə qədər hər ton 1 manat müəyyən edilib.
Kopyalandı
#Azərbaycan Respublikasının Nazirlər Kabineti teqi istifadə olunub
- Azərbaycanda nikahdan əvvəl yaradılan ittifaqlar bu kateqoriyaya aid ediləcək - 24 SAAT
- Məktəblərdə müəllimlərin geyimi üçün yeni işgüzar tələblər müəyyənləşdirildi
- Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI
- Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
