Məktəbdə geyim qaydaları ilə bağlı yeni yanaşma gündəmdədir - Baku TV
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiqləyib.
Yeni qaydalar müəllimlərin geyimi ilə bağlı vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.
Sənədə əsasən, müəllimin geyimi iş fəaliyyətinə mane olmamalıdır. Geyim şagirdlərin diqqətini yayındırmamalıdır. Eyni zamanda, şagirdlərdə geyim və üsluba düzgün münasibət formalaşdırmalıdır.
Təhsilverənlərin geyimi mövsümə uyğun olmalıdır. Paltarlar təmiz, səliqəli, sadə və işgüzar üslubda seçilməlidir.
Geyim ümumi təhsilin dünyəvilik prinsipinə də uyğun olmalıdır. Pedaqoji fəaliyyətə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmayan geyimlərə icazə verilməyəcək.
Müəllimlər bu tələblərə həm məktəbdə, həm də məktəbi təmsil etdikləri rəsmi tədbirlərdə əməl etməlidirlər.
Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə isə milli geyimlərdən istifadə mümkündür. Bunun üçün Pedaqoji Şuranın qərarı tələb olunur.
Qeyd edək ki, söhbət müəllimlər üçün vahid formadan getmir. Yeni qaydalar dress-kod, yəni işgüzar geyim tələblərini müəyyənləşdirir.
Ekspertlər hesab edirlər ki, işgüzar geyim müəllimin peşəkar imicinin formalaşmasına kömək edir. Bildirilir ki, bu yanaşma məktəbdə iş mühitinə və ümumi korporativ mədəniyyətə də müsbət təsir göstərə bilər.
#Azərbaycan Respublikasının Nazirlər Kabineti teqi istifadə olunub
- Məktəblərdə müəllimlərin geyimi üçün yeni işgüzar tələblər müəyyənləşdirildi
- Müəllimlərin geyiminə yeni tələblər qoyuldu: nələr dəyişir? - Baku TV CANLI
- 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb - Baku TV
- Baş nazir yeni metro stansiyası ilə bağlı qərar verdi - Baku TV
- Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edildi - Baku TV CANLI
