Neft-qaz və sənaye sahəsindəki texniki normativlərin təkmilləşdirilməsinə aid dəyirmi masa - Baku TV
Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası arasındakı sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa dair anlaşma memorandumuna əsasən, neft-qaz və sənaye sahəsində tətbiq olunan texniki-normativ sənədlərin təkmilləşdirilməsinə dair “dəyirmi masa” keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd neft-qaz və neft-kimya sənayesində tətbiq olunan texniki-normativ sənədlərin praktiki icra vəziyyətinin qiymətləndirilməsi və onların müasir texnoloji tələblərə uyğun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması olub.
Müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi “dəyirmi masa”da sənaye müəssisələrinin praktiki təcrübəsi, həmçinin təzyiq altında işləyən qurğular, texnoloji boru kəmərləri, qoruyucu klapanlar, neft-qaz zavodlarının təhlükəsizlik qaydaları və digər aidiyyəti sahələrlə bağlı mövcud normativ sənədlərin tətbiqi məsələləri müzakirə edilib.
#Fövqəladə Hallar Nazirliyi teqi istifadə olunub
- FHN güclü külək və qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib - Baku TV
- FHN güclü külək və qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib - Baku TV CANLI
- Bakıda kabus kimi anlar | Qazıntı zamanı yaşanan hadisə ölümə səbəb oldu - Baku TV
- "Allah bilir, nəyin üstündə tikilib" | Evlər niyə bu hala düşdü? - "Hamısı çatlayıb" - Baku TV
- Gəncədə evi alov bürüdü
