Pleyeri seçin:

Bakıda "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu" keçirilib - Baku TV

24 aprel 2026 376 baxış

"Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır".

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi – "SOCAR Trading" şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.

Onun sözlərinə görə, Körfəz regionundan gündəlik 13-15 milyon barel civarında neft tədarükü çatışmazlığı müşahidə olunur. Lakin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr alternativ boru kəmərləri və quru yolları vasitəsilə vəziyyətdən çıxış yolları tapıblar.

"Yaşıl gələcəyə" keçid istiqamətində irəliləyişə baxmayaraq, dünya hələ də ənənəvi enerji mənbələrindən ciddi şəkildə asılıdır” deyən Tağı Tağızadə hazırki beynəlxalq siyasi proseslər fonunda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyətinə də diqqət çəkib.

"Boğazlar, neftin keyfiyyəti, daşınma müddəti, nəqliyyat xərcləri, qiymət formalaşması və sığorta xərcləri kimi amillər BTC-ni region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutuna çevirir. Qazaxıstanlı həmkarlarımız haqlı olaraq bildirirlər ki, onlar üçün nəqliyyat xərcləri təxminən 90 dollar civarındadır. Bu isə Xəzər dənizi vasitəsilə daşınma, ölkə daxilində nəqliyyat və sonda Ceyhan limanına çatdırılma kimi mərhələlərlə bağlıdır. Bütün bu çətinliklərə baxmayaraq, Qazaxıstan üçün BTC marşrutu mövcud alternativlərlə müqayisədə yenə də cəlbedici sayılır. Hazırda əsas məsələ həcmlərin artırılmasıdır", – deyə "SOCAR Trading" rəsmisi vurğulayıb.

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

"Əsrin müqaviləsi" Azərbaycanın enerji strategiyasının əsasını formalaşdırdı - Baku TV

İqtisadiyyat
20 sentyabr 2026 376 baxış
Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

Yanvar-avqust aylarında nə qədər karbamid istehsal olunub? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 376 baxış
Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

Dövlət Statistika Komitəsi metanol istehsalı barədə rəqəmləri açıqladı - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 376 baxış
SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

SOCAR daxili innovasiya mexanizmlərini gücləndirir - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 376 baxış
Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü | Rəsmilər arasında nələr müzakirə olundu? - Baku TV

İqtisadiyyat
19 sentyabr 2026 376 baxış
SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

SOCAR Neftçilər Günü ilə bağlı xüsusi videoçarx hazırlayıb - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 376 baxış
Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

Regionların dəyişən siması: turizm, iş və yerli iqtisadiyyat - AKTUAL GÜNDƏM

İqtisadiyyat
18 sentyabr 2026 376 baxış
Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

Şamaxıdakı kompleks turizm, istirahət və sağlamlıq xidmətlərini bir məkanda birləşdirir - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 376 baxış
2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

2027-ci il büdcəsinin ilkin göstəriciləri | Millət vəkili nələri açıqladı? - Baku TV

İqtisadiyyat
18 sentyabr 2026 376 baxış
“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

“Baku ID 2026” innovasiya festivalının açılış mərasimi baş tutub

İqtisadiyyat
17 sentyabr 2026 376 baxış
Seçilmişlər
icon