Pleyeri seçin:

"SOCAR Trading" bazarlara çıxışı nəzərdən keçirir - Baku TV

03 iyul 2026 475 baxış

"SOCAR Trading" hazırda Afrika və Cənub-Şərqi Asiya bazarlarına çıxış imkanlarını öyrənir.

Bunu şirkətin biznesin inkişafı departamentinin rəhbəri Toğrul Köçərli Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) artıq iştirak etdiyi, lakin hələ ki, o qədər də fəal olmadığı Qara dənizin qərb sahili kimi bazarlarda böyük imkanlar mövcuddur:

"Söhbət Rumıniya, Albaniya, Bolqarıstan və təbii ki, Yunanıstandan gedir. Rumıniyada biz yanacaqdoldurma məntəqələri şəbəkəsi ilə təmsil olunuruq. Terminallara gəlincə, Albaniyada şirkət qeydiyyatdan keçib və SOCAR bu ölkənin tarixində ilk dəfə Korça şəhərinə təbii qaz tədarükünə başlamaq üçün hazırda həmin şirkət vasitəsilə fəaliyyətini genişləndirir. Bu, həm də perspektivli inkişaf istiqamətlərindən biridir".

T.Köçərli vurğulayıb ki, hazırda komandasının əsas səyləri yeni bazarlarda cəmləşib: "Afrikaya, Cənub-Şərqi Asiyaya – Pakistan, Banqladeş, Hindistan kimi ölkələrə diqqət yetiririk. Bunlar bizdən bir qədər uzaqda yerləşən, lakin bununla belə maraqlı imkanlar təqdim edən nəhəng bazarlardır".

Banner
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 475 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 475 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 475 baxış
Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 475 baxış
“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

“Azəriqaz” İB-nin xidmət sahələri ilə bağlı müraciəti olan sakinlərin diqqətinə - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 475 baxış
SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

SOCAR-ın yeni vitse-prezidentindən açıqlama | Boru kəmərləri kimlər üçün vacibdir? - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 475 baxış
Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

Azərbaycanın ən böyük neft yataqlar bloku 2049-cu ilin sonunadək işlənəcək - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 475 baxış
2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

2026-cı ilin yanvar-sentyabr aylarında karbamid istehsalı barədə rəqəmlər açıqlanıb - Baku TV

İqtisadiyyat
21 oktyabr 2026 475 baxış
SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

SOCAR-ın istehsal etdiyi metanol Azərbaycanın ixracında hansı rol oynayır? - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 475 baxış
Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV

İqtisadiyyat
20 oktyabr 2026 475 baxış
Seçilmişlər
icon