Pleyeri seçin:
Orta Dəhlizlə Avropaya göndərilən yük maşınları Azərbaycana çatdı
Orta Dəhliz vasitəsilə göndərilən Çinin ilk yük avtomobilləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmisi ilə Azərbaycana çatdırılıb.
26 yük avtomobilindən ibarət ilk konvoy iyulun 3-də Qazaxıstanın Kurik Limanında ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Merkuri-1” gəmi-bərəsinə yüklənərək yola salınıb. Artıq Azərbaycana çatan avtomobillər buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə göndəriləcək.
Bundan əvvəl mayda Çin Avropaya Kurikdən Orta Dəhlizlə sınaq rejimində 80 ton ağırlığında üç yük maşını göndərib.
Kopyalandı
#Orta Dəhliz teqi istifadə olunub
- Orta Dəhliz uğrunda böyük oyun: 12 milyard avro nə üçündür? - AKTUAL GÜNDƏM
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
- Azərbaycan diplomatiyası Qərbi yenidən siyasi seçim qarşısında qoydu? - AKTUAL GÜNDƏM
- Alper Özel Orta Dəhliz layihəsindən danışdı
- Zəngəzur dəhlizinin tranzit imkanları
