Prezident görüləcək işlərin anonsunu verdi
Yeniliklərdən dərhal xəbərdar olun
“TANAP və TAP layihələri genişləndirilməlidir”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
Dövlət başçısı həmçinin bildirib ki, Azərbaycanın Avropa boru kəmərlərinə də çıxışı olmalıdır və Avropada interkonnektorların sayı artırılmalıdır.
“Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin real alıcısı olacaq. Ona görə də biz bu komanda işini davam etdirməliyik”, – deyə Prezident qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- “Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV
- "Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV
- "Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV
- Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV
- Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV
