Pleyeri seçin:

“Qara qızıl” bahalaşa bilər, yoxsa...? | Ekspert məsələyə aydınlıq gətirdi

17 iyun 2025 614 baxış

İsraillə İran arasındakı hərbi əməliyyatların neft bazarına ciddi təsir edəcəyi proqnozlaşdırılırdı.

Reallıq isə onu göstərdi ki, əməliyyatların ilk günündə “Brent” markalı neftin qiyməti 69 dollardan 74 dollar səviyyəsinə qədər yüksəlsə də, sonrakı birja günündə artım davam etməyib. Eyni ssenari Qərbi Texas nefti üzrə də təkrarlanıb. İlk gündə 73 dollara yaxın yüksələn qiymət daha sonrakı gündə enib.

Ekspertlər hesab edirlər ki, hazırda neftin qiymətinə təsir edəcək əsas amil qlobal neft tədarükünün 20 faizinin keçdiyi Hörmüz boğazıdır.

Bildirilir ki, boğaz hətta qısa müddətə bağlanarsa, qiymətlər kəskin arta bilər. Hörmüz boğazının bağlanması ilə bağlı narahatlıq isə təsadüfi deyil.

Belə ki, əməliyyatların ilk günlərində yayılan məlumatlara görə, rəsmi Tehran İsrailin ardıcıl hərbi hücumlarına cavab olaraq boğazın bağlanmasını nəzərdən keçirir. Lakin ötən dövrdə bu istiqamətdə heç bir addım atılmayıb.

“S&P Global Ratings” agentliyi isə bəyan edib ki, neftin qiymətində artımın region üçün müsbət iqtisadi nəticə verməsi üçün əsas şərtlərdən biri də Hörmüz boğazının bağlı yox, açıq olmasıdır. Əks təqdirdə qiymət artımı davamlı olmayacaq, hətta bəzi ixracatçı ölkələrin gəlirlərində itkilər də mümkündür.

Agentlik hazırda neft bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq orta və uzunmüddətli dövrdə qiymətlərin sabitləşəcəyini proqnozlaşdırır.

İqnasio Kassis SOCAR-la bağlı şəxsi təcrübəsini bölüşdü - Baku TV

İqnasio Kassis SOCAR-la bağlı şəxsi təcrübəsini bölüşdü - Baku TV

İqtisadiyyat
05 avqust 2026 614 baxış
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın region üçün əhəmiyyətini vurğuladı - Baku TV

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın region üçün əhəmiyyətini vurğuladı - Baku TV

İqtisadiyyat
05 avqust 2026 614 baxış
SOCAR AÇG layihəsində "Itochu"ya məxsus iştirak payını aldı - Baku TV

SOCAR AÇG layihəsində "Itochu"ya məxsus iştirak payını aldı - Baku TV

İqtisadiyyat
04 avqust 2026 614 baxış
SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV

SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV

İqtisadiyyat
04 avqust 2026 614 baxış
Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV

Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV

İqtisadiyyat
04 avqust 2026 614 baxış
SOCAR-ın istiqraz proqramı | Sonuncu kupon ödənişinin tarixi açıqlandı - Baku TV

SOCAR-ın istiqraz proqramı | Sonuncu kupon ödənişinin tarixi açıqlandı - Baku TV

İqtisadiyyat
04 avqust 2026 614 baxış
SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV

SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV

İqtisadiyyat
03 avqust 2026 614 baxış
Azərbaycanın strateji ehtiyatları nə qədər artıb? | Taleh Kazımovdan açıqlama - Baku TV

Azərbaycanın strateji ehtiyatları nə qədər artıb? | Taleh Kazımovdan açıqlama - Baku TV

İqtisadiyyat
01 avqust 2026 614 baxış
"2028-ci ilin ortalarına..." | Mərkəzi Bankın sədri inflyasiya proqnozlarından danışdı - Baku TV

"2028-ci ilin ortalarına..." | Mərkəzi Bankın sədri inflyasiya proqnozlarından danışdı - Baku TV

İqtisadiyyat
01 avqust 2026 614 baxış
Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV

Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV

İqtisadiyyat
31 iyul 2026 614 baxış
Seçilmişlər
icon