"Apollo" TANAP üzrə SOCAR-la sazişin detallarını açıqladı | Nə qədər vəsait yatırılıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikan investisiya nəhəngi "Apollo Global Management" Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzaladığı sazişin bəzi təfərrüatlarını açıqlayıb.
"Apollo Funds" Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP-da SOCAR-a məxsus paya sahib olan törəmə quruma 1 milyard ABŞ dolları həcmində investisiya yatırıb", – deyə şirkətin sosial şəbəkələrdə yaydığı məlumatda bildirilir.
Bu sövdələşmə "Apollo"nun Avropanın enerji infrastrukturuna yönəltdiyi növbəti iri investisiyadır. Son bir ildə şirkət Böyük Britaniyada külək və nüvə enerjisi layihələri, Almaniyada elektrik şəbəkəsi infrastrukturunun genişləndirilməsi, həmçinin Cənubi Avropa ölkələrində qaz nəqli aktivləri daxil olmaqla, Avropa üzrə strateji enerji aktivlərinə 16 milyard ABŞ dollarından çox vəsait yatırıb.
Qeyd edək ki, 2026-cı il Bakı Enerji Həftəsi çərçivəsində SOCAR və "Apollo" TANAP layihəsi üzrə strateji əməkdaşlıq rəsmiləşdiriblər. İmzalanmış sazişə əsasən, "Apollo" TANAP-da "SOCAR Türkiye"yə məxsus 7 faizlik paya sahib olan holdinq şirkətində azlıq təşkil edən və nəzarət hüququ verməyən pay əldə edib. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Apollo"nun idarəedici direktoru Conatan Barr imzalayıblar.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın prezidenti "KazMunayGas" şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - Baku TV
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
