Pleyeri seçin:

"Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaradıb" | Əli Əsədov - Baku TV

17 iyun 2026 429 baxış

İyunun 17-də Özbəkistanın paytaxtında V Daşkənd Beynəlxalq İnvestisiya Forumu start götürüb.

Azərbaycanın Baş naziri Əli Əsədov Forumun plenar iclasında iştirak edib.

Tədbirdə çıxış edən Əli Əsədov vurğulayıb ki, Özbəkistanın investisiya cəlbediciliyinin möhkəmlənməsi öz əksini ölkəyə artan beynəlxalq maraqda tapır və Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirakçıların sayının hər il artması bunun parlaq sübutudur:

“Daşkənd Beynəlxalq İnvestisiya Forumu ildən-ilə dövlətlərin, işgüzar dairələrin və beynəlxalq maliyyə institutlarının daha çox nümayəndəsini cəlb edir. Öz növbəsində Azərbaycan da bu növ təşəbbüsləri beynəlxalq investisiya əməkdaşlığının möhkəmləndirilməsi üçün vacib bir alət kimi nəzərdən keçirir. Bu xüsusda qeyd etmək istərdim ki, ötən il Azərbaycan investisiya dialoqu üçün özünün beynəlxalq platformasını yaratmış və I Beynəlxalq İnvestisiya Forumunu keçirmişdi. Forum investorlar, biznes nümayəndələri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək maraq göstərildiyini nümayiş etdirdi. Bu uğurun məntiqi davamı olaraq cari ilin sentyabr ayında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcəkdir”.

Əli Əsədov Azərbaycanın investisiyaların cəlb edilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması sahəsindəki təcrübəsini bölüşüb.

Vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq iqtisadiyyatın açıqlığı və sahibkarlıq təşəbbüsünün dəstəklənməsi siyasətini həyata keçirir:

“Bu gün Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir və avtomobil magistrallarının inkişafına əhəmiyyətli resurslar yatırmağa davam edir. Bununla da regional əlaqələrin möhkəmləndirilməsinə və biznes üçün imkanların genişləndirilməsinə töhfə verir. Yaşıl energetikanın inkişafı da eyni dərəcədə perspektivli istiqamətdir. Azərbaycan milli enerji balansında bərpa olunan enerji mənbələrinin payının artırılması ilə bağlı qarşısına iddialı hədəflər qoyub. Günəş və külək enerjisi sayəsində irimiqyaslı layihələr icra olunur. Aparıcı beynəlxalq şirkətlər cəlb edilir və investorlar üçün yeni imkanlar yaradılır”.

Baş nazir çıxışının sonunda beynəlxalq investisiya əməkdaşlığının daha da gücləndirilməsinin dayanıqlı inkişaf və milli rifah kimi ortaq məqsədlərə nail olmağa töhfə verəcəyinə əminliyini ifadə edib.

Banner
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 429 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 429 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 429 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 429 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 429 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 429 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 429 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 429 baxış
Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 429 baxış
251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 429 baxış
Seçilmişlər
icon