"Əməyin Təhlükəsizliyi üzrə Lider" və "Peşəkar" müsabiqələrinin qalibləri mükafatlandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR-da “Əsrin müqaviləsi”nin 31 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində “Əməyin Təhlükəsizliyi üzrə Lider” və “Peşəkar” müsabiqələrinin qaliblərinin təltifetmə mərasimi təşkil olunub.
Tədbirdə əməyin təhlükəsizliyinin SOCAR-da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildiyi qeyd edilib, həmçinin “Peşəkar” müsabiqəsinin sağlam rəqabət və inkişaf mühitinin formalaşmasına töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin imzalanmasında 7 ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti iştirak edib. 14 sentyabr 2017-ci ildə isə bu barədə düzəliş edilib yenidən tərtib olunmuş Saziş imzalanıb. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2049-cu ilə qədər uzadılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV
- SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV
- SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV
- SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV
- SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV
