"Sarmatiya"nın İdarə Heyətinə yeni rəhbər təyin edildi | Detallar açıqlandı
Azərbaycan Dövlət Neft Şirkətinin payçı olduğu “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin İdarə Heyətinin yeni sədri Mixail Kravçenko təyin edilib.
Bu barədə “Report” şirkətə istinadən məlumat yayıb. O, vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayıb.
Təsis müqaviləsinə əsasən, “Sarmatiya” şirkətində İdarə Heyətinə rəhbərlik rotasiya mexanizminə uyğun olaraq həyata keçirilir.
Qeyd edək ki, “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları SOCAR, Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd, “Ukrtransnafta”, eyni zamanda Polşa və Litvanın neft şirkətləridir. Şirkətin əsas məqsədi Xəzər regionunun enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını təmin etməkdir. Kəmərin ümumi uzunluğu 377 kilometrdir.