İqtisadiyyat
Pleyeri seçin:

"SOCAR Green" COP29 çərçivəsində bir sıra vacib sazişlər imzaladı

14 noyabr 2024

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin törəmə “SOCAR Green” şirkəti bərpa olunan enerji mənbələrinin inkişafı, enerji effektivliyi və Azərbaycanın davamlı gələcəyinin dəstəklənməsinə yönəlmiş bir neçə strateji saziş imzalayıb.

Sənədlərdən biri “SOCAR Green”, “Siemens Energy” və “Nobel Energy” şirkətləri arasında bərpa olunan enerji layihələrinin birgə işlənməsi, enerji təhlükəsizliyinin artırılması və regionun daha təmiz enerji keçidinin sürətləndirilməsi məqsədini daşıyır.

Həmçinin “SOCAR Green”, “Smart Sustainability Solutions” və “VEMA SA” şirkətləri Azərbaycanın enerji sektorunda ekoloji təmiz həllərin tətbiqi üzrə Strateji Əməkdaşlıq Sazişi imzalayıb.

Bundan başqa, “SOCAR Green” və “Esyasoft Holding” arasında dayanıqlılıq və ekoloji həllər sahəsində təminat səylərini gücləndirərək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Həmçinin imzalanan sənədlər içərisində “SOCAR Green” və Səudiyyə Ərəbistanının “FAS Renewables Company” şirkətləri arasında damüstü günəş elektrik qurğularının yaradılmasının məqsədəuyğunluğunun qiymətləndirilməsi və orta həcmli günəş layihələrinin öyrənilməsi üzrə Anlaşma Memorandumu, “SOCAR Green” və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində enerji səmərəliliyinin artırılması və bərpa olunan həllərin genişləndirilməsi üzrə Anlaşma Memorandumu da var.

İmzalanan sonuncu sənəd isə “SOCAR Green və Asiya İnkişaf Bankı arasında “SOCAR Green” şirkətinin əməliyyat modelinin gücləndirilməsi, dekarbonizasiya məqsədləri ilə uyğunlaşmanın dəstəklənməsi üzrə texniki yardımın göstərilməsinə dair Əməkdaşlıq Sazişidir. 

Dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlər açıqlandı

Dövlət büdcəsinə qeyri-neft sektorundan gələn gəlirlər açıqlandı

İqtisadiyyat
21 noyabr 2024
Nazirdən aviasiya şirkətləri ilə bağlı açıqlama

Nazirdən aviasiya şirkətləri ilə bağlı açıqlama

İqtisadiyyat
21 noyabr 2024
Kənd təsərrüfatına daha çox vəsait ayrılacaq | Musa Qasımlı detalları açıqladı

Kənd təsərrüfatına daha çox vəsait ayrılacaq | Musa Qasımlı detalları açıqladı

İqtisadiyyat
21 noyabr 2024
Neft və qazdan asılılıq azalıb | Millət vəkilindən vacib açıqlamalar

Neft və qazdan asılılıq azalıb | Millət vəkilindən vacib açıqlamalar

İqtisadiyyat
21 noyabr 2024
Maliyyə nazirindən istilik problemi ilə bağlı açıqlama | Bu işlərə mənfi təsir göstərir

Maliyyə nazirindən istilik problemi ilə bağlı açıqlama | Bu işlərə mənfi təsir göstərir

İqtisadiyyat
20 noyabr 2024
Samir Şərifov Qarabağdakı yenidənqurma işlərindən danışdı | Böyük qələbədən sonra...

Samir Şərifov Qarabağdakı yenidənqurma işlərindən danışdı | Böyük qələbədən sonra...

İqtisadiyyat
20 noyabr 2024
Maliyyə naziri “qara qızıl”ın qiymətindən danışdı | Neft Fondunun gəliri açıqlandı

Maliyyə naziri “qara qızıl”ın qiymətindən danışdı | Neft Fondunun gəliri açıqlandı

İqtisadiyyat
20 noyabr 2024
Onlayn satışda da ƏDV qaytarılacaq? - Əgər bu tətbiq olunsa...

Onlayn satışda da ƏDV qaytarılacaq? - Əgər bu tətbiq olunsa...

İqtisadiyyat
20 noyabr 2024
Uçotsuz işləyən sahibkarlarla bağlı tədbir görüləcək | DVX rəisi detalları açıqladı

Uçotsuz işləyən sahibkarlarla bağlı tədbir görüləcək | DVX rəisi detalları açıqladı

İqtisadiyyat
20 noyabr 2024
Mavi yanacağın qiymətində artımın səbəbləri açıqlandı | Avropa bazarında son durum

Mavi yanacağın qiymətində artımın səbəbləri açıqlandı | Avropa bazarında son durum

İqtisadiyyat
20 noyabr 2024
Seçilmişlər
icon