Rəqəmlər açıqlandı | Azərbaycana ən çox bu ölkələrdən pul göndərilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin I yarısında Azərbaycana xaricdən 567,8 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 259,6 milyon ABŞ dolları pul köçürülüb.
Bu barədə Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (287 milyon ABŞ dolları), Türkiyə (82,3 milyon ABŞ dolları), ABŞ (30,5 milyon ABŞ dolları), Gürcüstan (17,4 milyon ABŞ dolları) və Birləşmiş Krallıqdan (16,1 milyon ABŞ dolları) daxil olub.
6 ayda ölkədən xaricə köçürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (76,6 milyon ABŞ dolları), Rusiya (29,4 milyon ABŞ dolları), ABŞ (28,3 milyon ABŞ dolları), Gürcüstan (25,1 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (13,6 milyon ABŞ dolları) qərarlaşıb.
#Mərkəzi Bank teqi istifadə olunub
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
- İstehlak kreditlərinə tələbat artıb | Rəqəmlər 10 milyardı keçib - Baku TV
- Problemli kreditlərin artması nə ilə bağlıdır? | Ekspertlərdən açıqlama - Baku TV
