Pleyeri seçin:
Rövşən Nəcəf Culyo Tremonti ilə görüşüb | Azərbaycan-İtaliya enerji əməkdaşlığı - Baku TV
İyulun 24-də SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşüb.
Görüşdə Azərbaycanla İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub.
Tərəflər uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən razılıqla danışıblar.
Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.
Görüş iştirakçıları həmçinin enerji təhlükəsizliyi, investisiya layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- Çin şirkətləri SOCAR-la hansı layihələri müzakirə etdi? - Baku TV
- SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV
- SOCAR-da regional tərəfdaşların marağına səbəb olan yenilik - Baku TV
- SOCAR istiqrazları investorlara 18 milyon dollar qazandırıb - Baku TV
- Səngəçalda neçə kompressor istismardan çıxarılacaq? - Baku TV
