Rövşən Nəcəf Macarıstan və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.
Sənədi SOCAR prezidenti Rövşən Nəcəflə "MVM Group"un baş icraçı direktoru Karoly Matrai imzalayıb.
Əvvəlki müqavilə əsasında hazırlanan və 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş iki ölkə arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, qaz tədarükü, cari və infrastruktur layihələri, davamlı enerji həlləri və regional tərəfdaşlığın perspektivləri müzakirə edilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəflə "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti arasında da görüş olub.
Qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə edilib və tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
- “Şirkətin prioritetlərindən biri...” | SOCAR-ın Türkmənistanda fəaliyyəti barədə açıqlama - Baku TV
- SOCAR və "Sonatrach" ticarəti genişləndirir | Tərəflər nəyi müzakirə etdi? - Baku TV
