Pleyeri seçin:
Rövşən Nəcəf SOCAR-ın hazırkı fəaliyyət istiqamətindən danışdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpaolunan enerji layihələrinə investisiya yatırmaq niyyətindədir.
Bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunun birinci günündə bildirib.
Onun sözlərinə görə, bunun üçün şirkət dünyanın ən tanınmış, böyük enerji şirkətləri ilə əməkdaşlıq edir:
"Belə əməkdaşlıq etmədən mümkün deyil". R.Nəcəf qeyd edib ki, SOCAR neft-qaz şirkəti olaraq yaradılsa da, artıq enerji şirkəti kimi fəaliyyət göstərir: "Azərbaycanın enerji şirkətinin məxsusi rolu qonşu ölkələrin və təbii ki, evlərin enerji təhlükəsizliyini təmin etməkdir".
O vurğulayıb ki, SOCAR 2050-ci ilə qədər karbon emissiyasının sıfıra endirilməsinə nail olunmasını hədəf götürüb: "İnanırıq ki, biz bu hədəflərə nail olacağıq".
Kopyalandı
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV
- Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
