Pleyeri seçin:

Serbiya prezidenti Azərbaycan şirkətinin inşa etdiyi sürət yolu ilə tanış olub | Vacib layihə

10 sentyabr 2024 192 baxış

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycanın “AzVirt” şirkətinin bu ölkədə inşa etdiyi Şabats-Loznitsa sürət yolunda işlərin gedişatı ilə tanış olub.

O, “həqiqətən də, fantastik iş görülüb” deyərək layihə üzrə hazırkı mərhələnin icrasını yüksək dəyərləndirib:

“AzVirt” işinin öhdəsindən əla gəlir. Çox sağ olsunlar ki, belə fantastik iş görüblər. İşçilər layihənin hər bir yerində səylə çalışırlar. Biz bu işi tam maliyyələşdiririk. Mənim son 12 illik təcrübəm onu göstərir ki, “AzVirt” bizim layihələrdə çalışan ən yaxşı 2 şirkətdən biridir”.

54,5 kilometr uzunluğunda olan bu yol Serbiya üçün vacib layihələrdəndir.

Prezident A.Vuçiç yeni yolun bu il dekabrın 15-də istifadəyə veriləcəyini açıqlayıb.

Qeyd edək ki, “AzVirt” ölkə daxilində, əsasən də Qarabağda bir çox layihələrin inşasını həyata keçirir. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə rekord müddətə – cəmi 8 aya inşa olunaraq təhvil verilib. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ildə istifadəyə verilməklə Zəngəzur iqtisadi rayonunun ayrılmaz hissəsinə çevrilib.

Hazırda isə şirkət Laçın Beynəlxalq Hava Limanının inşası, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Əhmədbəyli-Füzuli-Şuşa, Kəlbəcər-Laçın avtomobil yollarının müəyyən olunan hissələrinin tikinti işlərini davam etdirməkdədir.

Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı

İqtisadiyyat
20 dekabr 2025 192 baxış
Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV

İqtisadiyyat
20 dekabr 2025 192 baxış
“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

“Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə tərəfdaşlıq razılaşması - Baku TV

İqtisadiyyat
19 dekabr 2025 192 baxış
11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

11 ayda ölkəyə 1,8 milyard ABŞ dolları dəyərində avtomobil gətirilib

İqtisadiyyat
19 dekabr 2025 192 baxış
Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

Texnoparkla bağlı imtiyazlar İKT sahəsində ixracı stimullaşdırır - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 192 baxış
2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

İqtisadiyyat
18 dekabr 2025 192 baxış
Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

Bakı Beynəlxalq Dəniz Limanının direktoru qarşıya qoyulan hədəflərdən danışdı

İqtisadiyyat
18 dekabr 2025 192 baxış
Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 192 baxış
SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

İqtisadiyyat
17 dekabr 2025 192 baxış
Aqrar biznes festivallarının əhəmiyyəti

Aqrar biznes festivallarının əhəmiyyəti

İqtisadiyyat
17 dekabr 2025 192 baxış
Seçilmişlər
icon