Serbiyadan Azərbaycana birbaşa aviareyslər olacaq | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Serbiyanın milli aviadaşıyıcısı "Air Serbia" gələn ilin yayında Belqrad və Bakı arasında birbaşa uçuşların açılması ilə bağlı Azərbaycanla danışıqların son mərhələsindədir.
Bu barədə aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio Televiziyasına məlumat verib.
Onun sözlərinə görə, "Air Serbia" Yaxın Şərqə yeni aviareysin açılması imkanını da nəzərdən keçirir:
"Avropada biz şəbəkəmizi daha da genişləndirməyi və yeni istiqamətlər açmağı planlaşdırırıq. Tblisidəki uğurumuzdan sonra biz Bakıya növbəti marşrutumuzu işə salmaq üçün danışıqların son mərhələsindəyik. Tezliklə qərar veriləcək. Biz həmçinin Yaxın Şərq istiqamətini də nəzərdən keçiririk".
O, noyabrın əvvəlində Astanadan Belqrada birbaşa uçuşlar edən Qazaxıstanın "SCAT" aviaşirkəti ilə əməkdaşlığı da xatırladıb:
"Biz həmçinin İordaniyanın milli aviaşirkəti "Royal Jordanian Airlines" ilə də gələn ilin aprelində Əmmandan reyslərin başlanmasını planlaşdırırıq".
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
