Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
"Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf edir".
Bu barədə "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kaluqin bildirib.
"Biz çox şadıq ki, Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoyan, bizim üçün ortaq faciəyə çevrilən 2024-cü ilin dekabrındakı aviasiya qəzası ilə bağlı səhifəni birlikdə çevirmək mümkün oldu", – deyə o qeyd edib.
Kaluqinin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında etibarlı dialoq olmadan mümkün olmazdı.
O həmçinin bildirib ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İrandan keçən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı üzrə işlər davam etdiriləcək.
"Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən xeyli kənara çıxır", – deyə Rusiya XİN nümayəndəsi vurğulayıb.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
- Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır
- Dünya dəhşətli müharibə təhlükəsi ilə üz-üzə qalıb? - Baku TV CANLI
