SOCAR 2023-cü ildə nə qədər gəlir əldə etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ildə SOCAR-ın ümumi dövriyyəsi 85,2 milyard, ümumi mənfəəti 8,6 milyard, xalis mənfəəti isə 2,1 milyard manat təşkil edib.
Bu barədə SOCAR-ın 2023-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilib.
Sənədə əsasən, şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları və təbii qazın satışından əldə edilib.
Qeyd olunub ki, SOCAR-ın cari aktivləri 22,9 milyard, ümumi aktivləri isə 72 milyard manat təşkil edib.
Sənəddə vurğulanıb ki, qlobal iqtisadi aktivliyin zəifləməsinə, geosiyasi proseslərə, enerji bazarlarında baş verən volatilliyə, habelə xam neft və təbii qaz qiymətlərinin kəskin aşağı düşməsinə baxmayaraq, SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurmağa nail olub.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
