SOCAR 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub - Baku TV
SOCAR qlobal enerji bazarlarında qiymət dəyişkənliyi, geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik fonunda 2025-ci ili yüksək maliyyə göstəriciləri ilə başa vurub.
SOCAR-ın ümumi aktivləri 2025-ci ildə 2,3 faiz və ya 2,15 milyard manat artaraq 96,85 milyard manata yüksəlib. Cari aktivlər 7,4 faiz və ya 2,11 milyard manat artaraq 30,56 milyard manata çatıb. Şirkətin ümumi aktivləri ümumi öhdəliklərini 49,93 milyard manat üstələyib. Uzunmüddətli öhdəliklər 24,2 milyard manatdan 18,7 milyard manata enib. Təxminən 5,5 milyard manatlıq azalma şirkətin uzunmüddətli maliyyə yükünün azalmasına və maliyyə mövqeyinin möhkəmlənməsinə töhfə verib.
Şirkətin cəmi kapitalı 2025-ci ildə 2,6 faiz artıb. 2021–2025-ci illər ərzində isə SOCAR-ın cəmi kapitalında 2,2 dəfə artım qeydə alınıb. Aktivlərin və kapitalın artması ilə yanaşı, uzunmüddətli öhdəliklərin azalması SOCAR-ın maliyyə dayanıqlılığını dəstəkləyən əsas göstəricilər sırasındadır.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
