Pleyeri seçin:
SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” arasında saziş imzalandı
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində SOCAR, BP və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında səhmdarlar sazişi imzalanıb.
Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan “Şəfəq” layihəsi üzrə imzalanan sənədə əsasən, “Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) SOCAR-ın və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin də daxil olması ilə birgə müəssisəyə çevrilir.
“Şəfəq” layihəsi çərçivəsində “Virtual Enerjinin Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacaq. Bu da günəş enerjisi istehsalına və əldə olunan enerjinin “AzərEnerji” ASC vasitəsilə milli elektrik şəbəkəsinə ötürülməsinə imkan verəcək.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- “S&P Global Ratings” razılaşmanın ABŞ şirkətinə müsbət təsir göstərəcəyini açıqladı - Baku TV
- SOCAR ilə "Comstock Resources" arasında imzalanma - Baku TV
- SOCAR ilə Çinin CNOOC şirkəti Anlaşma Memorandumu imzalayıb - Baku TV
- SOCAR-ın zavodu ildə nə qədər xam neft emal gücünə malikdir? - Baku TV
- SOCAR beynəlxalq səviyyədə əldə etdiyi nailiyyətlərə görə 14 mükafat qazanıb - Baku TV
