Pleyeri seçin:

SOCAR-dan bu ixtisaslar üzrə təqaüd elanı | Qəbul üçün şərtlər nələrdir?

18 iyul 2024 478 baxış

Azərbaycan Dövlət Neft Şirkətinin “Türkiyə Petrolları Anonim Ortaqlığı” şirkəti ilə əməkdaşlığı çərçivəsində Zonquldaq Bülənt Ecevit Universitetinin nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə dənizdə sudibi əməliyyatlarının texnologiyası və dənizdə qazma texnologiyası ixtisasları üzrə təqaüd proqramına qəbul elan edilib.

Qəbul olmuş şəxsin təhsil haqqı və aylıq 350 manat məbləğində təqaüd 2 illik peşə təhsili müddətində SOCAR tərəfindən ödəniləcək. Əlavə olaraq, təhsil müddətində ildə iki dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətə təyyarə bileti təmin olunacaq.

Proqrama müraciət etmək üçün namizədlər qeyd olunan tələblərə cavab verməlidirlər:

- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Tam orta təhsilli olmalı;
- Xarici dil bilikləri olmalıdır (türk dili C1 və ingilis dili B1 səviyyələri).

İmtahan nəticələrinə əsasən ehtiyac yaranarsa, ingilis dili ilə bağlı nəticələri tələblərə cavab verməyən şəxslər peşə məktəbində əlavə olaraq 1 illik hazırlıq müddətinə cəlb oluna bilərlər. Bu müddət ərzində də xərclər SOCAR tərəfindən qarşılanacaq.

Müsabiqə mərhələli olaraq keçiriləcək:

- Proqrama müraciət mərhələsi;
- Dil biliyinin yoxlanması mərhələsi;
- İngilis və türk dili biliyinin yoxlanması imtahanı;
- Proqrama seçim və qəbul mərhələsi.

Qeyd edək ki, müraciət qəbulunun son tarixi 2024-cü il 31 iyuldur.

Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

Tədiyə balansındakı kəsir valyuta bazarına təsir göstərəcək? | İqtisadçılar danışdı - Baku TV

İqtisadiyyat
18 dekabr 2025 478 baxış
SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

SOCAR və "MOL Group" pay bölgüsü sazişi imzalayıb - BAKU TV

İqtisadiyyat
17 dekabr 2025 478 baxış
Aqrar biznes festivallarının əhəmiyyəti

Aqrar biznes festivallarının əhəmiyyəti

İqtisadiyyat
17 dekabr 2025 478 baxış
Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

Yarmarkalarda məhsulların keyfiyyətinə nəzarət olunur

İqtisadiyyat
17 dekabr 2025 478 baxış
Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

Fermerlərin maliyyə resurslarına çıxışları asanlaşdırılır

İqtisadiyyat
17 dekabr 2025 478 baxış
SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV

SOCAR Pakistanda neft kəmərinin tikintisi layihəsində iştirak etməyi planlaşdırır - Baku TV

İqtisadiyyat
17 dekabr 2025 478 baxış
Abşeron və Ağdaşda strateji layihə | Enerji təhlükəsizliyini gücləndirən yeni sistem - Baku TV

Abşeron və Ağdaşda strateji layihə | Enerji təhlükəsizliyini gücləndirən yeni sistem - Baku TV

İqtisadiyyat
15 dekabr 2025 478 baxış
SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV

SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını dəyərləndirib - Baku TV

İqtisadiyyat
13 dekabr 2025 478 baxış
Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi? - Baku TV

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi? - Baku TV

İqtisadiyyat
13 dekabr 2025 478 baxış
Əhali 10 milyard dolları niyə "yastığın altında" saxlayır? - Baku TV

Əhali 10 milyard dolları niyə "yastığın altında" saxlayır? - Baku TV

İqtisadiyyat
12 dekabr 2025 478 baxış
Seçilmişlər
icon