SOCAR-dan əməyin mühafizəsi sahəsində mühüm addım
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR sağlamlıq və əməyin mühafizəsi sahəsində növbəti mühüm addım ataraq, şirkət tarixində ilk dəfə “İşin icrasına icazə” sistemini elektron formada tətbiq etməyə başlayıb.
Bu yenilik istehsalat obyektlərində təhlükəsizliyin daha səmərəli təşkilinə və əməliyyat intizamının gücləndirilməsinə imkan verəcək. Yeni elektron “İşin icrasına icazə” sistemi sənayedə aparıcı beynəlxalq şirkətlərdən biri tərəfindən hazırlanaraq SOCAR-da uğurla tətbiq edilib. Sistem işin planlaşdırılması, risklərin qiymətləndirilməsi və icra prosesinin izlənilməsi mərhələlərini vahid rəqəmsal platformada birləşdirir.
“İşin icrasına icazə” sistemi elektron formada ilk olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və qazçıxarma idarəsində tətbiq edilib. Layihə işə nəzarət prinsiplərinə əsaslanır və bütün əməliyyatların koordinasiyalı, nəzarət altında və müəyyən olunmuş qaydalar çərçivəsində icrasını təmin edir.
SOCAR bu yeniliklə əməliyyat mükəmməlliyi və proses təhlükəsizliyi sahəsində sənayedə mövqeyini möhkəmləndirir və göstərir ki, texnoloji inkişafla təhlükəsizlik dəyərlərinin uzlaşması şirkətin gələcək uğurlarının əsasını təşkil edir.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV
- Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV
- Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV
- 251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV
- "Qərbi Abşeron" yatağında hansı investisiyalar nəzərdə tutulur? - Baku TV
