SOCAR ilə BƏƏ şirkəti arasında "ağıllı qaz" şəbəkəsilə bağlı müqavilə imzalanıb
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Esyasoft Holding” LTD şirkəti arasında “ağıllı qaz” şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.
Layihənin əsas məqsədi qabaqcıl “ağıllı qaz” idarəetmə sistemi texnologiyalarının tətbiqi sayəsində Azərbaycanda qazın paylanması sahəsində əməliyyat səmərəliliyini artırmaq, xərcləri optimallaşdırmaq, mövcud qaz itkilərini azaltmaq, habelə “Azəriqaz”ın göstərdiyi xidmətlər üzrə müştəri və vətəndaş məmnunluğunu yüksəltməkdir.
Layihə 2,5 milyon “ağıllı sayğac”ın quraşdırılması və sistemə dəstək mərhələləri nəzərə alınmaqla təxminən 14 illik dövrü əhatə edəcək. Bu dövr ərzində 480 milyon ABŞ dolları dəyərində sərmayənin yatırılması nəzərdə tutulur.
