SOCAR-ın hasilat seqmenti öz əsas rəqabət üstünlüklərini qoruyub saxlayır - Baku TV
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dayanıqlı maliyyə göstəricilərini nümayiş etdirməyə və güclü likvidlik mövqeyini qorumağa davam edir.
“Moody’s” Beynəlxalq Reytinq Agentliyinin son proqnozuna əsasən, SOCAR-ın 2023-2025-ci illərdə 85-86 milyard manat səviyyəsində sabit qalan gəlirləri 2026-cı ildə yüksək neft qiymətləri hesabına təxminən 30% artacaq.
Bununla yanaşı, agentlik qeyd edib ki, şirkətin maliyyə nəticələrinə ümumi satış həcminin təxminən 70%-ini təşkil edən ticarət əməliyyatlarındakı dəyişkənlik ciddi təsir göstərir.
“SOCAR-ın maliyyə göstəriciləri dayanıqlı olaraq qalır. Şirkətin gəlirləri 2023-2025-ci illərdə 85-86 milyard manat səviyyəsində olub və yüksək neft qiymətləri hesabına 2026-cı ildə təxminən 30% artacaq. Bununla belə, gəlirlərə ümumi satışların təxminən 70%-ini təşkil edən ticarət əməliyyatlarındakı dəyişkənlik əhəmiyyətli təsir göstərir”, – deyə “Moody’s”in proqnozunda bildirilir.
Agentlik həmçinin şirkətin rentabelliyinin daha da yaxşılaşdığını qeyd edib.
“Moody’s” həmçinin bildirib ki, SOCAR-ın hasilat seqmenti əsas rəqabət üstünlüklərindən biri olan aşağı hasilat maya dəyərini qoruyub saxlayır.
Agentliyin şirkətə istinadən təqdim etdiyi məlumata görə, dəniz yataqlarında neft hasilatının maya dəyəri bir barel üçün təxminən 5 ABŞ dolları, quru yataqlarında isə təxminən 30 ABŞ dollarıdır. 2024-cü ildə hasilatın orta istehsal maya dəyəri təxminən bir barel üçün 12 ABŞ dolları olub
Bundan əlavə, 2025-ci ildə SOCAR yüksək əməliyyat pul axınları, mülayim kapital xərcləri və səhmdara nisbətən aşağı ödənişlər hesabına ardıcıl beşinci il müsbət sərbəst pul axını əldə edib.
“Biz yüksək qiymətlər və biznesin genişlənməsi hesabına 2026-2027-ci illərdə sərbəst pul axınının daha da artacağını gözləyirik”, – deyə “Moody’s”dən bildirilib.
“Moody’s” SOCAR-ın likvidlik mövqeyini də yüksək qiymətləndirib.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
