Pleyeri seçin:
SOCAR-ın “STAR Neft emalı zavodu”nun aviasiya yanacağı istehsalında artım
SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu 2024-cü ilin yanvar ayında aviasiya yanacağı istehsalını ötən ilin eyni ayı ilə müqayisədə 2,3 dəfə artırıb.
Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin məlumatına görə, 2024-cü ilin yanvar ayında zavod 103 497 ton aviasiya yanacağı istehsal edib. 2023-cü ilin müvafiq ayında bu göstərici 44 824 ton olub.
Ümumi dəyəri 6,3 milyard ABŞ dolları olan STAR zavodu 2018-ci ilin oktyabrında işə salınıb. Zavodun illik emal gücü 10 milyon tona yaxındır. Müəssisə gündəlik 214 min barel xam neft emal etmək gücündədir.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV
- Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV
- Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV
- SOCAR Dübəndidə neft çirklənməsinin səbəbini açıqladı - Baku TV
- "Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV
