Pleyeri seçin:

SOCAR-ın uğurlu fəaliyyəti: Türkiyədəki istehsal gücü artırılacaq

23 oktyabr 2023 767 baxış

Dövlət Neft Şirkətinin Türkiyədəki aktivi olan STAR neft emalı zavodunun illik istehsal gücünün 2024-cü ildə 13 milyon tona çatdırılması planlaşdırılır.

Bunu SOCAR-ın Türkiyədəki Neft emalı və neft-kimyası bölməsinin rəhbəri, “Petkim Petrokimya Holding”in baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev bildirib.

Onun sözlərinə görə, yarandığı gündən STAR neft emalı zavodu optimallaşdırma imkanlarından istifadə etməklə, aşağı investisiya ilə əhəmiyyətli güc artımına nail olub.

“Neft emalı zavodunun gücü 10 milyon tondan 12 milyon tona çatdırılıb. Nəticədə həm “Petkim”, həm də STAR zavodu üçün mövcud bazar şərtlərinə və gözlənilən qlobal tendensiyalara uyğun olaraq müsbət perspektivimiz var”, – deyə Kənan Mirzəyev bildirib.

Onun sözlərinə görə, Türkiyənin emal olunmuş neft məhsulları istehsalının təxminən 25 %-ni təşkil edən və 19,5 % daxili bazar payına malik olan STAR 2022-ci ildə uğurlu rentabellik əldə edib.

“Bu dinamikanın 2023-cü ildə də davam edəcəyini deyə bilərik. Xüsusilə “Brent” və regiondakı digər neft markaları arasındakı qiymət fərqi bizə xammal baxımından müsbət təsir edib və EBITDA-nın planlaşdırılandan daha yaxşı olmasının əsas səbəbi olub. Bu uğurlu fəaliyyəti 2024-cü ildə də davam etdirməyi hədəfləyirik”, – deyə “Petkim Petrokimya Holding”in baş direktoru vəzifəsini icra edən Kənan Mirzəyev əlavə edib.

Banner
Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

Təbii qazdan səmərəli istifadə | Zavodda tətbiq olunan həllər necə işləyir? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 767 baxış
SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 767 baxış
SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 767 baxış
Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

Evlərdən sahibkarlıq obyektlərinədək | Qazlaşdırma ilə yanaşı, hansı məsələlər qaldırılıb? - Baku TV

İqtisadiyyat
24 oktyabr 2026 767 baxış
Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

Yerli büdcələrin gəlirlərini artırmaq üçün hansı iqtisadi sahələrə üstünlük verilməlidir? - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 767 baxış
SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV

İqtisadiyyat
23 oktyabr 2026 767 baxış
"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

"SOCAR Türkiyə" 22 beynəlxalq bankdan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

İqtisadiyyat
23 oktyabr 2026 767 baxış
Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

Dövlət şirkətləri büdcəyə nə qazandıracaq? - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 767 baxış
900 milyonluq dividend proqnozu

900 milyonluq dividend proqnozu

İqtisadiyyat
22 oktyabr 2026 767 baxış
Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV

İqtisadiyyat
22 oktyabr 2026 767 baxış
Seçilmişlər
icon