Pleyeri seçin:
SOCAR-ın vitse-prezidentindən yeniliklə bağlı açıqlama
Azərbaycan Dövlət Neft Şirkəti qabaqlayıcı texniki xidmətdə süni intellektdən istifadə etməyi planlaşdırır.
Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bu sistemin tətbiqində əsas məqsəd sıxıntıların qarşısını almaqdır:
"Bununla biz qabaqlayıcı texniki xidmət göstərəcəyik. Bu sistemin hazırlanmasında beynəlxalq şirkətlərin də təcrübələri ilə tanış olduq. Bundan başqa, ekoloji idarəetmə sistemimizi yeniləyirik. Yeni tələblərə uyğunlaşdırırıq. Burada yeni texnologiyalardan istifadə ediləcək", – deyə vitse-prezident bildirib.
Əfqan İsayev əlavə edib ki, süni intellektin tətbiqinə 2025-ci ildən başlanılacaq.
Kopyalandı
#SOCAR teqi istifadə olunub
- SOCAR-ın prezidenti İtaliyada bir sıra mühüm görüşlər keçirib - Baku TV
- Adolfo Urso Azərbaycan-İtaliya iqtisadi münasibətlərini yüksək qiymətləndirib - Baku TV
- Məktəblərdə “Enerji səmərəliliyi aylığı” kampaniyası başa çatıb - Baku TV
- Mərasimdə SABAH.HUB nümayəndələri də çıxış edib - Baku TV
- SOCAR-ın Baş ofisində keçirilən tədbir Gənc İstedadlar Proqramı çərçivəsində təşkil olunub - Baku TV
