Pleyeri seçin:

SOCAR istiqrazları üzrə ümumi qazanc 7 milyon ABŞ dollarını ötüb

01 avqust 2023 522 baxış

Avqustun 1-də Dövlət Neft Şirkətinin İstiqrazları üzrə 1 milyon 125 min ABŞ dolları məbləğində 7-ci kupon ödənişi edilib.

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, SOCAR İstiqrazlarının nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 % təşkil edir. İstiqrazlar üzrə faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilir.

Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilən SOCAR İstiqrazları sahiblərinin ümumi qazancı 7 milyon 875 min ABŞ dollarına çatıb. 5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək. 21 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 35 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 520-ni ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən – 1 000 ABŞ dollarından aşağı düşməyib.

SOCAR İstiqrazlarının növbəti kupon ödənişi noyabrın 1-də baş tutacaq.

SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV

SOCAR-da kütləvi ixtisarların olması ilə bağlı yayılan xəbərlər barədə rəsmi açıqlama - Baku TV

İqtisadiyyat
04 avqust 2026 522 baxış
Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV

Azərbaycan-İsveçrə Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçiriləcək - Baku TV

İqtisadiyyat
04 avqust 2026 522 baxış
SOCAR-ın istiqraz proqramı | Sonuncu kupon ödənişinin tarixi açıqlandı - Baku TV

SOCAR-ın istiqraz proqramı | Sonuncu kupon ödənişinin tarixi açıqlandı - Baku TV

İqtisadiyyat
04 avqust 2026 522 baxış
SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV

SOCAR-ın CQBK üzrə operatorluq fəaliyyətinə başlamasından 5 il ötür - Baku TV

İqtisadiyyat
03 avqust 2026 522 baxış
Azərbaycanın strateji ehtiyatları nə qədər artıb? | Taleh Kazımovdan açıqlama - Baku TV

Azərbaycanın strateji ehtiyatları nə qədər artıb? | Taleh Kazımovdan açıqlama - Baku TV

İqtisadiyyat
01 avqust 2026 522 baxış
"2028-ci ilin ortalarına..." | Mərkəzi Bankın sədri inflyasiya proqnozlarından danışdı - Baku TV

"2028-ci ilin ortalarına..." | Mərkəzi Bankın sədri inflyasiya proqnozlarından danışdı - Baku TV

İqtisadiyyat
01 avqust 2026 522 baxış
Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV

Quba-Xəzəryanı regionunda 2D seysmik kəşfiyyat işləri planlaşdırılır - Baku TV

İqtisadiyyat
31 iyul 2026 522 baxış
Süni intellekt əsaslı həllər istehsalın və təbii qazdan istifadənin səmərəliliyini artırıb - Baku TV

Süni intellekt əsaslı həllər istehsalın və təbii qazdan istifadənin səmərəliliyini artırıb - Baku TV

İqtisadiyyat
31 iyul 2026 522 baxış
Yeni quyu qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi məqsədilə qazılıb - Baku TV

Yeni quyu qaz ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi məqsədilə qazılıb - Baku TV

İqtisadiyyat
31 iyul 2026 522 baxış
SOCAR-ın idarəsi 6 ayda nə qədər qeyri-neft məhsulu ixrac edib? - Baku TV

SOCAR-ın idarəsi 6 ayda nə qədər qeyri-neft məhsulu ixrac edib? - Baku TV

İqtisadiyyat
30 iyul 2026 522 baxış
Seçilmişlər
icon