Pleyeri seçin:

SOCAR Kulevi terminalında yeni çənlər inşa edəcək | Detallar açıqlandı

12 mart 2025 507 baxış

Dövlət Neft Şirkətinin Kulevi terminalında neft məhsulları üçün 4 ədəd çənin tikintisi nəzərdə tutulur.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

“Terminalda neft və neft məhsulları üçün əlavə 4 ədəd 20 000 m3 rezervuarların inşası ilə bağlı Mühəndislik, Satınalma və Tikinti təklifləri alınmış və hazırda texniki qiymətləndirmə mərhələsindədir”, – deyə şirkətdən məlumat verilib.

Qeyd olunub ki, 2024-cü il ərzində Kulevi neft terminalı vasitəsilə ümumilikdə 2,5 milyon ton yük aşırılıb:

“Bu göstəricinin 0,95 milyon tonunu Azərbaycan mənşəli, 1,55 milyon tonunu isə tranzit yüklər təşkil edib. Müqayisə üçün, 2023-cü ilin eyni dövründə terminal vasitəsilə aşırılan yük 2,16 milyon ton olub.

Beləliklə, 2024-cü ildə 2023-cü illə müqayisədə yük həcmində 349 min ton artım olub”.

Qeyd edək ki, SOCAR-ın idarə etdiyi Kulevi Terminalı və Dəniz Limanı 16 may 2008-ci il tarixindən fəaliyyətə başlayıb. Terminal karbohidrogenlərin və neft-kimya məhsullarının daşınması üçün nəzərdə tutulub. Göstərilən xidmətlərə dəmir yolu ilə karbohidrogenlərin və neft-kimya məhsullarının qəbulu, çənlərə daşınması, saxlanması, dəniz gəmilərinə yüklənməsi və liman qurğularının istismarı daxildir.

Banner
Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

Maliyyə Nazirliyi SOCAR üzrə növbəti 4 ilin büdcə proqnozunu açıqlayıb - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 507 baxış
Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 507 baxış
Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

Azərbaycanın qaz ixracında ən böyük pay hansı ölkələrə məxsusdur? - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 507 baxış
Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

Mirziyoyev hansı məqamlara toxunub? | Bakı-Daşkənd əməkdaşlığı - Baku TV

İqtisadiyyat
17 oktyabr 2026 507 baxış
Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

Bakının siyasi nüfuzu yeni qazanclara yol açır? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 507 baxış
SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji əməkdaşlığı müzakirə olunub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 507 baxış
SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

SOCAR-ın neft hasilatı və ixracı ilə bağlı göstəricilər məlum olub - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 507 baxış
Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

Dövlət maliyyə idarəçiliyində yüksək nəticə hansı amillərin hesabına əldə edilir? - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 507 baxış
Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

Daşınmaz əmlakın icbari sığorta üzrə haqları artırılacaq? - Mərkəzi Bankdan məlumat - Baku TV

İqtisadiyyat
16 oktyabr 2026 507 baxış
SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi dinlənildi | İclas barədə detallar - Baku TV

İqtisadiyyat
15 oktyabr 2026 507 baxış
Seçilmişlər
icon