SOCAR Özbəkistanda nümayəndəlik açacaq - Baku TV
Azərbaycan Dövlət Neft Şirkəti Özbəkistanda nümayəndəlik açacaq. Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti xəbər verir.
Bildirilir ki, dövlət başçısı Şavkat Mirziyoyev "Özbəkistanın Enerji Həftəsi – 2026" forumunda iştirak etmək üçün ölkəyə gələn SOCAR-ın rəhbəri Rövşən Nəcəfi, həmçinin bp şirkətinin top-menecerləri Ariel Floresi və Covanni Kristofolini qəbul edib.
"Tərəflər qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üzrə məsələləri nəzərdən keçiriblər. Energetika sahəsində uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. SOCAR Üstyurd yaylasında karbohidrogen yataqlarının işlənməsi layihəsinin həyata keçirilməsində Özbəkistanın tərəfdaşıdır. Azərbaycan Dövlət Neft Şirkətinin Özbəkistanda nümayəndəliyinin açılması barədə qərar qəbul edilib. Britaniyanın "British Petroleum" şirkətinin bu genişmiqyaslı layihəyə qoşulması yüksək qiymətləndirilib", – deyə məlumatda bildirilib.
Görüş zamanı tərəflər neft-qaz sahəsində, karbohidrogen xammalının kəşfiyyatı, hasilatı və dərin emalı, neft və neft məhsullarının uzunmüddətli tədarükünün təşkili, eləcə də sahə üzrə kadrların hazırlanması istiqamətlərində birgə layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.
#SOCAR teqi istifadə olunub
- Gənc media nümayəndələri üçün yeni sessiya başladı: Layihənin əsas məqsədi nədir? - Baku TV
- "Apollo" TANAP üzrə SOCAR-la sazişin detallarını açıqladı | Nə qədər vəsait yatırılıb? - Baku TV
- SOCAR-ın “Yaşıl” təyinatlı istiqrazları üzrə 5-ci faiz ödənişi edilib - Baku TV
- Metanın emissiyalarının azaldılması üçün birgə fəaliyyət müzakirə olunub - Baku TV
- SOCAR-ın idarə rəisi beynəlxalq konfransda çıxış edib - Baku TV
