Pleyeri seçin:
“SOCAR Türkiyə Enerji” və “Nakkaş Holding” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalandı
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji” və “Nakkaş Holding” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.
Protokolu “SOCAR Türkiyə Enerji”nin baş icraçı direktoru Elçin İbadov və “Nakkaş Holding”in İdarə Heyətinin sədri Ramazan Öztürk imzalayıb.
Sənəd SOCAR məhsullarının dəmir yolu ilə daşınmasının logistikasının inkişafı və Sabiha Gökçen Hava Limanında aviasiya yanacağının ticarəti və saxlanması obyektinin yaradılmasını nəzərdə tutur.
Kopyalandı
