İqtisadiyyat
Pleyeri seçin:
SOCAR Türkiyənin iki şəhərinə yatırılan investisiyaların həcmini açıqlayıb
“SOCAR Türkiyə” qardaş ölkənin Kayseri və Bursa şəhərlərinin qazlaşdırılmasına 4 ildə 170 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
Bu barədə Türkiyə mediasına açıqlama verən “SOCAR Türkiyə”nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov bildirib.
Onun sözlərinə görə, 4 ildə “Bursagaz” ve “Kayserigaz” abonentlərinin sayı 1,9 milyona çatıb. Bu abonentlərin 1,2 milyonu “Bursagaz”ın payına düşür ki, bununla da şirkət abonent sayına görə 4-cü ən böyük qazpaylayıcı müəssisəyə çevrilib. “Kayserigaz” şirkətinin ümumi abonentlərinin sayı isə 700 minə yüksəlib.
Kopyalandı
Seçilmişlər