SOCAR və “China Energy” arasında əməkdaşlıq | Yeni hədəflər açıqlandı
SOCAR Çinin “China Energy” şirkəti ilə əməkdaşlıq çərçivəsində dəniz obyektlərinin karbonsuzlaşdırılmasına başlamağı planlaşdırır.
Bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev COP29 çərçivəsində keçirilən “SOCAR-ın dekarbonizasiya sahəsindəki tərəqqisi: problemlər və nailiyyətlər” adlı sessiyada bildirib.
Xatırladaq ki, noyabrın 14-də “SOCAR Green” və “China Energy Overseas Investment Co. Ltd.” şirkətləri Füzuli rayonunda 160 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb. Həmçinin “China Energy” və “China Datang Co. Ltd.” şirkətləri ilə bərpa olunan enerjinin inkişafına dair memorandumlar imzalanıb.
Əfqan İsayevin sözlərinə görə, SOCAR bu yaxınlarda BP ilə birlikdə Cəbrayıl rayonunda gücü 240 MVt olan “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisinə başlayıb. Bu istiqamətdə SOCAR neft və qazın karbonsuzlaşdırılması üzrə Xartiyanın liderlərindən biri olan “Abu Dhabi National Oil Company” ilə də əməkdaşlığa başlayıb.
#SOCAR teqi istifadə olunub
- Çin şirkətləri SOCAR-la hansı layihələri müzakirə etdi? - Baku TV
- SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV
- SOCAR-da regional tərəfdaşların marağına səbəb olan yenilik - Baku TV
- SOCAR istiqrazları investorlara 18 milyon dollar qazandırıb - Baku TV
- Səngəçalda neçə kompressor istismardan çıxarılacaq? - Baku TV
