SOCAR və “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalandı
“Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
SOCAR xəbər verir ki, sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.
Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.
Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV
- Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
