SOCAR və "Schneider Electric" əməkdaşlığın sərhədlərini genişləndirir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
SOCAR ilə “Schneider Electric” şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və “Schneider Electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar.
Memorandum enerji sektorunda elektrikpaylayıcı infrastrukturu, sənayenin avtomatlaşdırılması, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində SOCAR aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi, enerji istehlakının və avadanlıqların fəaliyyətinin optimallaşdırılması üçün rəqəmsal həllərin tətbiqi planlaşdırılır.
Eyni zamanda tərəflər birgə layihələr, texniki xidmət və təcrübə mübadiləsi, məhsulların yerli istehsalı imkanlarının araşdırılması və digər istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- “Star” neft emalı zavodu illik nə qədər xam neft emal etmək gücünə malikdir? - Baku TV
- SOCAR-ın yarımillik nəticələri və inkişaf perspektivləri müzakirə olundu - Baku TV
- Elmlə istehsalatın vəhdəti: PMİ və “Azərikimya” İB birgə tədqiqatlar aparacaq - Baku TV
- "Fitch" "Cənub Qaz Dəhlizi"nin reytinqini təsdiqlədi | Detallar açıqlandı - Baku TV
- SOCAR-da görüş | Rövşən Nəcəf və Cou Honqlayanq arasında nələr müzakirə edildi? - Baku TV
