Pleyeri seçin:
SOCAR vitse-prezidentinin müavinindən qaz ixracı ilə bağlı açıqlama
Azərbaycan Avropaya qaz ixracının illik həcmini 2026-cı ilə qədər 2023-cü ilin göstəricisi ilə müqayisədə 17 faiz artıraraq 14 milyard kubmetrə çatdırmağı planlaşdırır.
“Montel News” nəşrinin məlumatına görə, bu barədə SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Budapeşt LNG Sammitində deyib.
Onun sözlərinə görə, artım hasilatın artması və Cənub Qaz Dəhlizini təşkil edən üç tranzit boru kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi hesabına reallaşacaq.
Vitali Bəylərbəyov onu da qeyd edib ki, Azərbaycan qazının Avropaya tədarükünün daha da artırılması əsasən regionun ehtiyaclarından və infrastruktura sərmayə yatırmaq istəyindən asılı olacaq.
Kopyalandı
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - Baku TV
- Tərəflər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər - Baku TV
- AZEMBA proqramı ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir - Baku TV
- Müəssisədə istehsal olunan məhsulların 90 faizi ixrac edilir
- Media nümayəndələri SOCAR-ın Etilen-Polietilen zavodunda olublar - Baku TV
