STAR NEZ bu tarixə qədər fəaliyyətini dayandırdı
Sentyabrın 5-dən Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu təmir-profilaktika işləri və avadanlıqlara texniki qulluq üçün fəaliyyətini müvəqqəti dayandırır.
Bu barədə “Petkim”in Türkiyənin Kamu Aydınlatma Platformasında yerləşdirilmiş elanında bildirilib.
“Zavodun fəaliyyəti sentyabrın 5-dən iki aya qədər dayandırılacaq. 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə olaraq zavodda əsaslı təmir işləri aparılacaq”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, STAR zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və “Azeri Light”, “Kerkük” və “Urals” kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü 13 milyon ton təşkil edir. SOCAR zavodun tikintisi və inkişafına 7 milyard ABŞ dollarına yaxın investisiya yatırıb.
#SOCAR teqi istifadə olunub
- SOCAR gənc media nümayəndələri üçün sessiya təşkil etdi | Hansı məlumatlar verildi? - Baku TV
- Mövzu "Ağıllı şəhərsalma və sənaye həlləri"ni əhatə edəcək - Baku TV
- Ali təhsil müəssisəsinin fəaliyyəti ilə yaxından tanışlıq olub - Baku TV
- SOCAR Dübəndidə neft çirklənməsinin səbəbini açıqladı - Baku TV
- "Layihə xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək" | Rövşən Nəcəf - Baku TV
