Pleyeri seçin:

TANAP ilə Azərbaycandan Avropaya qazın nəqli nə qədər artdı?

28 avqust 2025 680 baxış

Trans-Anadolu Qaz Boru Kəməri, yəni TANAP ilə Avropaya nəql edilən Azərbaycan qazının ümumi həcmi 50 milyard kubmetrə çatıb.

Bu barədə “SOCAR Türkiye” şirkəti məlumat yayıb.

Bildirilir ki, Azərbaycandan Avropaya uzanan enerji körpüsündə tarixi mərhələyə qədəm qoyulub. TANAP vasitəsilə Avropaya tədarük edilən təbii qazın miqdarı 50 milyard kubmetrə çatıb.

Qeyd edək ki, TANAP boru kəməri 2018-ci ildə istismara verilib. Cənub Qaz Dəhlizinin əsas seqmenti sayılan 1793 kilometrlik kəmər Türkiyə ərazisindən keçərək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı qardaş ölkəyə və Avropa istehlakçılarına çatdırır. Kəmər eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir.

TANAP Türkiyənin Ərdəhan vilayətinin Posof qəsəbəsindəki Türkgözü kəndindən başlayaraq, Ədirnə də daxil olmaqla 20 vilayətdən keçir. Kəmər Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir. 

Banner
SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV

SOCAR Türkiyəyə nə qədər investisiya edib? - Baku TV

İqtisadiyyat
12 noyabr 2026 680 baxış
SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV

SOCAR-ın Türkiyədəki yeni kompleksi ildə 850 min ton polietilen istehsal edəcək - Baku TV

İqtisadiyyat
12 noyabr 2026 680 baxış
2027-də kənd uçotu dəyişir: əkin, torpaq tam nəzarətə götürülür? - AKTUAL GÜNDƏM

2027-də kənd uçotu dəyişir: əkin, torpaq tam nəzarətə götürülür? - AKTUAL GÜNDƏM

İqtisadiyyat
11 noyabr 2026 680 baxış
"SOCAR Türkiye"nin iqtisadi göstəriciləri ilə bağlı Elçin İbadovdan açıqlama - Baku TV

"SOCAR Türkiye"nin iqtisadi göstəriciləri ilə bağlı Elçin İbadovdan açıqlama - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 680 baxış
Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 680 baxış
Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 680 baxış
SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 680 baxış
Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

İqtisadiyyat
10 noyabr 2026 680 baxış
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 680 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 680 baxış
Seçilmişlər
icon