Pleyeri seçin:

Təhsil, sosial və digər infrastruktur layihələri ilə yaxından tanışlıq olub - Baku TV

09 may 2026 550 baxış

İqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlarla aparılan bərpa-quruculuq işləri, eyni zamanda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti Ağdam Sənaye Parkında olub və burada elektrik paylayıcı avadanlıqlar və elektrik yuvalarının, eləcə də tütün məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə istehsal prosesi ilə tanış olub.

Sahibkarlarla görüşdə istehsal potensialının artırılması və ixracyönümlü inkişaf perspektivləri müzakirə edilib. Dayanıqlı iqtisadi inkişaf və özəl sektorun gücləndirilməsi istiqamətində İslam İnkişaf Bankı ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qonaqlar işğaldan azad edilmiş ərazilərdə təhsil və sosial infrastruktur sahəsində görülən işlərlə tanışlıq çərçivəsində Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, 1 saylı körpələr evi-uşaq bağçası, həmçinin özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar. Təhsil və sosial müəssisələrdə yaradılmış müasir infrastruktur, tətbiq olunan innovativ yanaşmalar və uşaqların hərtərəfli inkişafı üçün formalaşdırılmış imkanlar diqqətə çatdırılıb.

Şuşa şəhərinə səfər zamanı qonaqlar şəhərin tarixi-mədəni abidələri ilə tanış olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə bağlı məlumat verib.

Nümayəndə heyəti Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində olub, burada yaradılmış müasir tədris infrastrukturu və akademik mühitlə tanış olub. Qeyd edilib ki, universitet regionun sosial-iqtisadi inkişafına töhfə verəcək yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm potensiala malikdir.

Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yaradılan müasir infrastruktur və formalaşdırılan əlverişli investisiya mühitinin regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda İslam İnkişaf Bankı Qrupu ilə sənaye, təhsil, sosial infrastruktur və sahibkarlığın inkişafı istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Banner
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 550 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 550 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 550 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 550 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 550 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 550 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 550 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 550 baxış
Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 550 baxış
251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 550 baxış
Seçilmişlər
icon