Torpaqların tərkibindəki qatqılar müəyyənləşdiriləcək | SOCAR-ın vitse-prezidenti
“Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin 1300 hektar çirklənmiş əraziləri var”.
Bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, bu irs də onlara sovet vaxtından miras qalıb:
"Bu çirklənmiş torpaqların təmizlənməsi üçün məsləhətçilərlə diaqnostika aparırıq. Torpaqların tərkibindəki qatqılar müəyyənləşdiriləcək və onun təmizlənməsi üç mərhələdə həyata keçiriləcək".
Əfqan İsayev əlavə edib ki, hazırda hökumətlə bu məsələ nəzərdən keçirilir:
"Bəzi institutlar da bizə kömək edir. Bundan başqa, Beynəlxalq Maliyyə Korporasiyası bizə texniki yardım layihəsi çərçivəsində dəstək göstərir. Çünki SOCAR təkbaşına bunu edə bilməyəcək", – deyə vitse-prezident bildirib.
#SOCAR teqi istifadə olunub
- Çin şirkətləri SOCAR-la hansı layihələri müzakirə etdi? - Baku TV
- SOCAR neft sızıntılarının qarşısının alınması üçün hansı tədbirləri görəcək? - Baku TV
- SOCAR-da regional tərəfdaşların marağına səbəb olan yenilik - Baku TV
- SOCAR istiqrazları investorlara 18 milyon dollar qazandırıb - Baku TV
- Səngəçalda neçə kompressor istismardan çıxarılacaq? - Baku TV
