Pleyeri seçin:

Türk lirəsinin ucuzlaşması Azərbaycan-Türkiyə ticarətinə təsir göstərə bilər? - Baku TV

23 may 2026 570 baxış

Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsinin ucuzlaşması indiyədək qeydə alınan ən yüksək həddə çatıb.

“Bloomberg”in məlumatına görə, rəsmi Ankara lirənin məzənnəsini qorumaq üçün təxminən 14 milyard dollar dəyərində ABŞ xəzinədarlıq istiqrazlarını sataraq portfelini cəmi 1,6 milyard dollara endirib. Bundan əvvəl isə eyni məqsədlə ölkənin qızıl ehtiyatlarının bir hissəsi satışa çıxarılıb.

Bu fonda Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı may ayında 2026-cı il üçün inflyasiya proqnozunu 16 %-dən 24 %-ə qaldırıb.

Qeyd edək ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.

Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Türkiyədəki inflyasiya Azərbaycana bu ölkədən idxal olunan məhsulların qiymətinə də birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycandakı inflyasiyada Türkiyədəki bahalaşmanın da payı var:

“Türkiyədə hazırkı vəziyyət fərqlidir. Əvvəllər məzənnəni sürətlə ucuzlaşdırırdılar və nəticə etibarilə inflyasiya türk məhsullarının ixracda rəqabət qabiliyyətinə problem yaratmırdı. Lakin sonradan məzənnəni ucuzlaşdırmaqla ixracı və yerli istehsalı stimullaşdırmaq siyasəti ciddi fəsadlara yol açdı. Türkiyə lirəsinin il ərzində dəfələrlə ucuzlaşması ölkə iqtisadiyyatına investisiya axınını blokladı və ciddi maliyyə spekulyasiyalarına gətirib çıxardı. İndi Türkiyə 2020–2023-cü illərdəki problemi tam tərsinə çevirmək, yəni lirənin ucuzlaşma sürətini əhəmiyyətli dərəcədə aşağı salmaq istəyir. Düzdür, lirənin bir il ərzində 18 % ucuzlaşması kiçik rəqəm kimi görünməyə bilər. Amma nəzərə alaq ki, bir neçə il əvvəl bu ucuzlaşma il ərzində 150–200 faizi keçirdi”.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanın Türkiyəyə ixracı 4,9 %, bu ölkədən idxalı isə 5,7 % azalıb.

Banner
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 570 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 570 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 570 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 570 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 570 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 570 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 570 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 570 baxış
Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

Süni intellekt enerji sektorunda | Şagirdlər hansı həlləri təqdim edəcəklər? - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 570 baxış
251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

251 milyon dollarlıq ixrac | SOCAR qeyri-neft ixracında ön sıralarda - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 570 baxış
Seçilmişlər
icon