Pleyeri seçin:

Türkiyə ilə ticarətdə yeni güzəştlər olacaq

01 mart 2024 296 baxış

Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi”ndə dəyişiklik edilməsi ilə bağlı imzalanmış protokol qardaş ölkədə qüvvəyə minib.

Bu barədə məlumat “Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, 2020-ci il fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin yenilənmiş variantına əsasən, tərəflər protokolda qeyd olunan malların ticarətində bir-birinə güzəştlər edəcək.

Əlavələrdə hər bir mal üçün azaldılmanın tətbiq ediləcəyi baza tarif dərəcəsi və yaxud əlavə gömrük rüsumu göstərilib.

Bundan başqa, Azərbaycan və Türkiyə arasında “Preferensial Ticarət Sazişi” çərçivəsində gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılacağı malların sayı artırılır. Beləliklə, 15 növ kənd təsərrüfatı və digər Azərbaycan və türk mənşəli pendir, çay, şəkər, meyvə-tərəvəz çeşidləri kimi mallara qarşılıqlı preferensial ticarət rejimi tətbiq edilir.

Sazişin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğvi, para-tariflərin və qeyri-tarif maneələrinin ləğvi, ticarətin genişləndirilməsi və təşviqi, ədalətli rəqabət üçün əlverişli şərt yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırılan və təhlükəsiz mühitin yaradılmasıdır.

Protokol qüvvəyə mindikdən sonra iki ölkə arasında ümumilikdə 30 növ kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı, həmçinin sənaye və digər malların güzəştli idxalı və ixracı həyata keçiriləcək.

Qeyd edək ki, Milli Məclis 2023-cü il iyulun 6-da sazişə dəyişikliyi təsdiqləyib.

Banner
Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

Pərviz Şahbazov IEA-COP31 Türkiyə Energetika Nazirlərinin Dialoqunda çıxış etdi - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 296 baxış
Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 296 baxış
SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

SOCAR ilə "Sinopec Corp." arasında Anlaşma Memorandumu imzalandı - Baku TV

İqtisadiyyat
10 noyabr 2026 296 baxış
Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə

İqtisadiyyat
10 noyabr 2026 296 baxış
Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 296 baxış
SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

SOCAR neft emalı zavodunu yeniləyərək istehsal gücünü artırmağa hazırlaşır - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 296 baxış
SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

SOCAR və "Honeywell Technologies" arasında mühüm əməkdaşlıq sazişi imzalandı - Baku TV

İqtisadiyyat
09 noyabr 2026 296 baxış
SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

SOCAR “Comstock” şirkəti ilə yekun alqı-satqı müqaviləsi imzalayıb - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 296 baxış
FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

FHN və "Azneft" təhlükəli obyektlərdə nəzarətin gücləndirilməsini müzakirə etdi - Baku TV

İqtisadiyyat
07 noyabr 2026 296 baxış
Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV

İqtisadiyyat
05 noyabr 2026 296 baxış
Seçilmişlər
icon