Türkiyədəki STAR neft emalı zavodunda təmir başa çatdı | Yeniliklər açıqlandı
Türkiyənin ən böyük birbaşa xarici sərmayədarı və ən böyük inteqrasiya sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan STAR neft emalı zavodunun təxminən iki aya yaxın davam edən planlaşdırılmış təmir işləri uğurla başa çatıb.
Bu barədə “Trend” SOCAR-ın Türkiyədəki törəmə “SOCAR Turkiye Enerji” şirkətinə istinadən xəbər verib.
Məlumata görə, STAR neft emalı zavodunda ilk dəfə istehsalatda planlı fasilə verilib və müəssisədəki bütün avadanlıqlarda texniki xidmət və təkmilləşdirmə işləri həyata keçirilib.
Qeyd olunub ki, SOCAR Türkiyənin digər qrup şirkəti olan “Petkim” ilə inteqrasiyada fasiləsiz istehsal həyata keçirən STAR neft emalı zavodunun istehsal gücünü artırmaq üçün nəzərdə tutulan texniki xidmət işləri uğurla başa çatıb.
Bildirilib ki, bu dayanma sayəsində STAR neft emalı zavodunun əməliyyat səmərəliliyi artacaq və planlı dayanmalara ehtiyac olmadan növbəti 5 il ərzində fasiləsiz istehsal imkanı verəcək. Planlaşdırılan dayandırma ilə inteqrasiya olaraq həyata keçirilən gücün artırılması layihəsinin başa çatdırılması ilə zavodun istehsal gücü 2,5 % artırılıb.
#Türkiyə teqi istifadə olunub
- Türkiyədən Qara dənizdə məhdudiyyət
- Ərdoğan Məkkə sazişinin önəmindən danışdı
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
- AKP PKK-nın tərk-silahı üçün hazırlanan qanun layihəsini parlamentə təqdim etdi - Baku TV CANLI
- İrəvan reallığı qəbul etdi: Azərbaycan və Türkiyə ilə tarixi dövr başlayır? - AKTUAL GÜNDƏM
