Uçot dərəcəsi dəyişdi? - Mərkəzi Bank məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz olmaqla dəyişməz saxlanılıb.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə olması, daxili və xarici şəraitin təhlili nəzərə alınmaqla qəbul olunub. Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu daxilində qalıb.
Belə ki, 2024-cü ilin sentyabrında 12 aylıq inflyasiya 3,5 %, ərzaq malları üzrə inflyasiya 2,9 %, qeyri-ərzaq malları üzrə 1,9 %, xidmətlər üzrə isə 5,7 % təşkil edib.
Ərzaq və qeyri-ərzaq inflyasiyasının aşağı olması ümumi inflyasiyanın hədəfdə qalmasını dəstəkləyən əsas amillərdən biri olub. İllik baza inflyasiya isə 2,9 % təşkil edib.
İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. İlin ötən dövründə manatın nominal effektiv məzənnəsinin bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.
#Mərkəzi Bank teqi istifadə olunub
- Uçot dərəcəsinin dəyişməz qalması kredit faizlərinə necə təsir göstərəcək? - Baku TV
- Faiz gəlirlərinin əsas hissəsini nə təşkil edir? - Banklar 9 ayda nə qədər faiz ödəyiblər? - Baku TV
- Yeni qaydalar açıqlandı | Kredit götürmək istəyirsinizsə, bunları mütləq bilin - Baku TV
- Mərkəzi Bankın baş direktorundan istiqraz bazarı ilə bağlı mühüm açıqlama - Baku TV
- Mərkəzi Bankın faiz qərarı | Cəlb olunan vəsaitlərin faizi niyə azaldılıb? - Baku TV
